Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Unikal.org-un məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, "Şöhrət, "Şərəf və "İstiqlal ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının "Dostluq və "Şöhrət ordenləri laureatı Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət və "Şərəf ordenləri laureatı Eldar Quliyevə "Qızıl Çinar beynəlxalq mükafatını təqdim edib.
Mərasim konsert proqramı ilə davam edib.