Ermənistanın "Eurovision-2016"dakı təmsilçisi İveta Mukuçyan birinci yarımfinal zamanı separatçı "Dağlıq Qarabağ" rejiminin "bayrağ"ını dalğalandırdığına görə, mahnı müsabiqəsinin finalçıları siyahısından kənarlaşdırıla bilər.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə müsabiqə təşkilatçılarının bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, Avropa Yayım Birliyinin təşkilatçıları müsabiqədən əvvəl ifaçılardan və pərəstişkarlara bayraqlardan siyasi alət kimi istifadə etməməyi tövsiyə edib.