Ukrayna Radasında deputatlar arasında növbəti qarşıdurma yaşanıb.
 
Parlamentin iclası zamanı Müxalifət Blokundan olan deputat Aleksandr Vilkul ilə Xalq Cəbhəsi fraksiyasından olan Yuri Timoşenko arasında mübahisə yaranıb.
 
Timoşenko ilə Vilkul arasında davaya səbəb ikincinin parlamentə rus dilində müraciət etməsi olub.