![](http://unikal.org/uploads/posts/2016-05/1463205292_avto.jpg)
Astara rayonunun Siyakü kəndində "Lada Priora" markalı avtomobil qəzaya uğrayıb.
Unikal.org report-a istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 1990-cı il təvəllüdlü Siyakü kənd sakini Muradov Akif Hikmət oğlu və 1986-cı il təvəllüdlü Vaqo kənd sakini Muradov Orxan Akif oğlunun vəziyyəti daha ağır qiymətləndirilir.
1992-ci il təvəllüdlü Səmədullazadə Məhəmməd Murad oğlunun vəziyyəti orta ağırdır. Ona daxili orqanlarının əzilməsi diaqnozu qoyularaq ambulator yardım göstərilib. İlkin məlumata görə, nəqliyyat vasitəsi ağaca çırpılıb.
![](http://unikal.org/uploads/posts/2016-05/1463205237_avto2.jpg)