Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org Aznews.az-a daxil olan məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Zaqatala Rayon Polis Şöbəsinin rəisi Arif Babayev vəzifəsindən azad edilib. Nazirin digər bir əmrinə əsasən, A.Babayev Yardımlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edib.
Yardımlı Rayon Polis Şöbəsinin rəisi Nadir Məmmədov isə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.