Braziliyanın Monte Santo şəhərində yaşayan və 40 yaşına girməsinə az qalan Claudio Vieira de Oliveira doğulduğunda, həkimlər ailəsinə onun üçün heç bir ümid olmadığını desələrdə o,  bu gün dünyanın ən məşhur qeyri-adi insanına çevrilib. 
Çox nadir hallarda insanlarda müşahidə olunan oynaq xəstəli (Artrogripozis) səbəbiylə başı tərs doğulan Oliveira, həkimlərin bu sözlərini boşa çıxardıb. Hazırla Oliver ağır xəstəliyinin olmasına baxmayaraq insanlarla daim təmasda olur və onlara ilham verir. 



Oliveir həyatdan zövq aldığını da dilə gətirib "Uşaqlığımdan bəri həmişə bir şeylərlə məşğul oldum. Başqa insanlara bağlı olmağı sevmədim. Bu gün özüm hər işi görə bilirəm. Cib telefonuma zəng gələndə, televizora radio, internet və kompüter istifadə edə bilirəm. 8 yaşımdan sonra evdə nə iş lazımdırsa özüm görürəm".

Oliveir vurğulayıb ki, həyatı boyunca dünyaya vücudunu adaptasiya etmək üçün çalışıb. "Bu anda özünü digər insanlardan fərqləndirmirəm. Normal bir insanam. Tərs bir şey görə bilmirəm. Artıq qorxmuram və profesyonal, beynəlxalq səviyəli bir natiq olaraq dünyanın hər yerindən dəvətlər alıram deyə bilərəm".-dedi.
[video= |