Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "DAF" markalı yük avtomobilinin qoşqusunun üzərinə çəkilmiş üzlük və qoşquya yığılmış 22 ton tekstil iplərinin 15 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, qoşqunun, iplərin qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.