Xəbər veridiyimi kimi, mayın 13-də Tarif (qiymət) Şurası içməli su təchizatı və tullantı sularının axıdılmasına görə qiymətləri qaldırıb.
"Azərsu" ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 1 kub metr üçün 8 manat müəyyən edilib.
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 1 kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək.
Məlum olub ki, Tarif Şurasının bu qərarı tam şəkildə bütün regionlara aid deyil. Unikal.org-un məlumatına görə, "Azərsu" ASC-dən Modern.az-a bildirlib ki, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində yalnız tullantı sularının axıdılması xidmətlərinin tarifləri 1 kubmetr üçün 15 qəpiyə çatdırlıb.
Adları çəkilən şəhərlərdə içməli suyun tarifi dəyişməyib. Yəni Gəncə, Mingəçevir və Şirvan əhalisi içməli suyun pulunu köhnə iqymətlərlə ödəyəcəklər.