Komitə sədri Şeyxin hədəfində
12:41 25-08-2012
CƏMİYYƏT
Komitə sədri Şeyxin hədəfində
Dövlət Komitəsində yarpaq tökümü başladı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iki vəzifəli şəxsi tutduğu postdan istefa verib. Bunlardan biri Aparat rəhbəri, Ümumi şöbənin müdiri Səfalı Nəzərli, digəri isə Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Elçin Cabbarovdur. Hər iki şəxs öz ərizəsi ilə işdən uzaqlaşıb.
2007-ci ildən DQİDK-də çalışan Səfalı Nəzərlinin 63, Elçin Cabbarovun isə 59 yaşı var. E. Cabbarov həm də DQİDK-nin təsisçisi olduğu "Cəmiyyət və din" qəzetinin baş redaktoru olub.Bununla bağlı "Unikal"a daxil olan məlumatda bildirirlir ki, onların istefaya getmələri çoxdan gözlənilirdi. Çünki yeni komitə sədri artıq kohnə sədrinə, Hidayət Orucova yaxın olan şəxslərin təmizlənməsi kompaniyasına başlayıb. Bunun başlıca səbəbi isə Hidayət Orucovun yenə də komitəsinin işinə müdaxilə etmə cəhdi ilə bağlıdır. Qeyd olunur ki, Hidayət Orucov məhz bu şəxslərin vasitəsi ilə komitənin bəzi rayon şöbələrinə müdaxilə edirmiş. Məsələdən xəbər tutan komitə sədri hər ikisini yanına çağırıb və ərizə yazmalarını tələb edib. Bununla yanaşı qeyd olunur ki, komitə də yoxlama işləri də həyata keçirilir. Məqsəd isə Hidayət Orucovun zamanında həyata keçirilən layihələrin şəffaflığını araşdırmaqdır. Qeyd olunur ki, komitə sədri Elşad İsgəndərov həmçinin bir sıra təriqətlərin fəaliyyətini də yenidən araşdırır və çox böyük ehtimal ki, 3 dini təşkilatın da fəaliyyətinə xitam veriləcək. Bu arada məlum olub ki, Elşad İsgəndərovun başqa bir problemi isə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bağlıdır. Komitə sədri təyin olunandan sonra dini təşkilatlarla görüşlər keçirən komitə sədri islam təmayüllü təşkilatlara qəti şəkildə tapşırıq verib ki, bundan sonra yalnız dövlət komitəsi ilə əməkdaşlıq etmək lazımdır. Əks təqdirdə qeydiyyatları belə ləğv olunacaq. Komitə sədrinin bu hərəkəti isə Şeyxi qəzəbləndirib və o komitə sədrinə son xəbərdarlığını edib. Müşahidəçilər bildirir ki, Şeyxin imkanları o həddədir ki, istənilən an komitə sədrinin fəaliyyətini iflic hala sala bilər. Xatırladaq ki, Hidayət Orucovdan öncə komitəyə sədrlik edən Rafiq Əliyevdə eyni addımı atmışdı və Şeyxi proseslərdən kənarlaşdırmaq istəmişdi. Əvəzində isə Rafiq Əliyev postunu itirməli oldu. İndi də eyni vəziyyət yaranıb. Mənbə bunu da bildirir ki, Şeyx həzrətləri bu günlərdə iftar süfrəsi təşkil edib və təşkilat rəhbərlərinə konkret tapşırıq verib. Tapşırıq isə bundan ibarətdir ki, atılan hər bir addım QMİ ilə məsləhətləşdirilməlidir.Bunu da qeyd edək ki, Dini Lomitə QMİ-in icazəsi olmadan hansısa islam təşkilatını qeydə ala bilməz. Qanunvericiliyə görə təşkilatla bağlı QMİ rəy verərsə komitə o təşkilatı tanıya bilər. Buna görə də hesab edilir ki, komitə sədrinin bu təşkilatlara təsir etmə imkanları məhduddur. Çünki QMİ-in icazəsi olmadan,həm də bu təşkilatların fəaliyyətinə qadağa qoyula bilinməz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15