Şahin Mustafayevi bitirəcək təhlükə
12:43 25-08-2012
CƏMİYYƏT
Şahin Mustafayevi bitirəcək təhlükə
Azərbaycan iqtisadiyyatında "Holland sindromu" yaşana bilər
Son 6 ayda Azərbaycan iqtisadiyyatının emal sahəsində struktur göstəricilərində azalma tendensiyası müşahidə olunur. Ekspertlər hesab edirlər ki, neft sektorunun rolunun üstünlük təşkil etməsi fonunda bu, "Holland sindromu"nun simptomları ola bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-ci illə müqayisədə 2011-ci ildə emal sənayesi sahəsində fəaliyyət göstərən müəssisələrin sayı 9,1% (182 ədəd) azalaraq 1828 olub. Təkcə 2011-ci ildə 81 müəssisə bağlanıb. Emal müəssisələrinin sayının azalması tendensiyası 2008-ci ildən müşahidə olunur, o zaman bu müəssisələrin sayı 2149 idi.
Paralel olaraq emal sahəsində çalışan işçilərin də sayı azalır. Əgər 2005-ci ildə bu sahədə 101,6 min adam çalışırdısa, 2011-ci ildə bu göstərici 96 min nəfərə enib. Qeyd edək ki, 2008-ci ilədək emal sahəsində çalışanların sayı 109 min nəfər olub.
Bütün bunlar artıq ölkənin nüfuzlu ekspertlərini həyəcan siqnalı çalmağa vadar edib. Milli Büdcə Qrupunun iqtisadçı eksperti Kənan Aslanlı dünən bildirib ki, bu amil, həmçinin xidmət sahəsində fəallığın artması və milli valyutanın möhkəmləndirilməsi "Holland sindromu"nun təzahüründən xəbər verir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, hökumət, Mərkəzi Bank daha yumşaq pul siyasəti aparmalıdır ki, bu, yerli malların yerli bazarda duruş gətirməsinə imkan versin, həmçinin onların xarici bazarlarda rəqabət qabiliyyəti üçün perspektivlər açsın. S.Əliyev hesab edir ki, emal sənayesi sahəsində mənfi proseslərin səbəblərindən biri inhisarlaşma və qeyri-sağlam rəqabət amilidir. Kiçik müəssisələr müxtəlif səbəblərdən zərərlə işləyir və öz fəaliyyətini dayandırmağa məcbur olur.
Digər iqtisadçı, Azad İqtisadiyyata Yardım Mərkəzinin eksperti Salman Nəcəfov hesab edir ki, bazarın inhisarlaşdırılması ilə yanaşı iqtisadi böhranla bağlı təbii amilləri də nəzərdən qaçırmaq olmaz. Böhran dövründə, qiymətlərin stabil olmadığı şəraitdə maliyyə resurslarına çıxış çətinləşir və iqtisadi əlaqələr pozulur - bir çox kiçik, eyni zamanda orta və iri müəssisələrin aqibəti iflas olur.
Yaranmış situasiyada ən böyük məsuliyyət şübdhəsiz, İqtisadi İnkişaf Nazirliyinin üzərindədir. Nazir Şahin Mustafayev indiyədək öz fəaliyyətində hər hansı parlaq, nəzər cəlb edən addımları ilə yadda qalmayıb. O, əsl bacarığını məhz indi göstərməlidir.
Əks halda, yəni iqtisadiyyatımızda "Holland sindromu"nun baş qaldırmaq ehtimalları artar, belə bir risk yüksələrsə, həmin vaxt ilk qurbanlığın məhz Şahin Mustafayev olacağı heç bir şübhə doğurmur. Odur ki, iqtisadi nkişaf nazirinin indidən öz işini ehtiyatlı tutmasında fayda var.
Murad Can
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49