Az sonra İsveçin paytaxtı Stokholmda Eurovision-2016 mahnı müsabiqəsinin finalı başlanacaq.
Unikal.org bildirir ki, finalda İtaliya, İspaniya, Almaniya, Britaniya, Fransa, İsveç, Latviya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Avstraliya, Serbiya, Polşa, İsrail, Litva, Belçika, Azərbaycan, Hollandiya, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr, Malta və Rusiyanı təmsil edən ifaçılar çıxış edəcəklər.
Azərbaycan təmsilçisi Səmra Rəhimli finalda "Miracle" mahnısını ifa edəcək.
Eurovision-2016-nın ilk yarımfinalı mayın 10-da, ikinci yarımfinal isə mayın 12-də keçirilmişdi.
Bukmekerlərin fikrincə, Rusiya təmsilçisi Sergey Lazarevin "You Are the Only One" mahnısı ilə qələbə şansı daha çoxdur. Favoritlər arasında ikinci yeri Avstraliyanı təmsil edən koreyalı Demi İm, üçüncü yeri isə Ukrayna təmsilçisi Camala tutur.