Bu gün İsveçin paytaxtı Stokholm şəhərində qəribə və son dərəcə həyasız bir aksiya baş verib. «Eurovision» mahnı yarışının keçirildiyi bu şəhərdə səmada qondarma «Dağlıq Qarabağ Respublikası»nı və erməni müğənni İvetanı dəstəkləyən şüarla təyyarə görünüb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarə yarışın keçirildiyi «Qloben-Arena»nın üzərində üçüb.
Bu arada Ermənistan təmsilçisinin «Eurovision» mahnı yarışmasından kənarlaşdırılması ilə bağlı kampaniya (https://www.change.org/p/european-broadcasting-union-disqualify-armenia-from-eurovision-song-contest-for-politicizing-the-venue?recruiter=541160858&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive) başlayıb.
Qeyd edək ki, mahnı yarışının yarımfinalında qadağan edilmiş «DQR» bayrağının nümayişindən sonra Avropa Yayım Birliyi erməni iştirakçıya xəbərdarlıq etmişdi ki, belə hal bir daha təkrarlanarsa, Ermənistan «Eurovision»dan xaric ediləcək.