Stokholmun "Globe" arenasında keçirilən "Eurovision-2016" mahnı müsabiqəsi yekunlaşıb.
Unikal.org xəbər verir ki, "Eurovision-2016"nın qalibi Ukrayna təmsilçisi Jamala olub.
"Eurovision-2016"da 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub.
Qeyd edək ki, 61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.  Yarışmanın final mərhələsində isə 26 ölkə təmsilçisi iştirak edib.  İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq öz səhnə perfomanslarını nümayiş etdirəcək: 1. Belçika, 2. Çexiya, 3. Niderland, 4. Azərbaycan, 5. Macarıstan, 6. İtaliya, 7. İsrail, 8.Bolqarıstan, 9. İsveç, 10. Almaniya, 11. Fransa, 12. Polşa, 13. Avstraliya, 14. Kipr, 15. Serbiya, 16. Litva, 17. Xorvatiya, 18. Rusiya, 19. İspaniya, 20. Latviya, 21. Ukrayna, 22. Malta, 23. Gürcüstan, 24. Avstriya, 25. Böyük Britaniya, 26. Ermənistan.   Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və  "böyük beşlik" ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü çıxaraq "Miracle" mahnısını səsləndirib. Azərbaycan səsvermədə 12 xalını Rusiyaya verib. Rusiya isə səsvermədə 12 xalını Ermənistana verib.
Təmsilçimiz Səmra Rəhimli isə 117 xalla "Eurovision" müsabiqəsini 17-ci yerdə başa vurub. 
Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin final şousu başla çatıb.