Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
 
Unkal.org-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri  Tinatin Xidaşeli və Türkiyə milli müdafiə naziri  İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçiriləcək.