Rusiyanın TASS informasiya agentliyi özünün "Twitter" səhifəsində «Eurovision» mahnı müsabiqəsində baş verənləri canlı yayımladığı zaman yanlışlığa yol verib.

Belə ki, Ermənistan nümayəndəsi İvetanın çıxışından dərhal sonra TASS onu... Azərbaycan müğənnisi kimi təqdim edib.

 
 
"Eurovision-2016"nın final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib:

 
"Eurovision - 2016"nın qalibi Ukrayna oldu
 
1. Belçika, 2. Çexiya, 3. Niderland, 4. Azərbaycan, 5. Macarıstan, 6. İtaliya, 7. İsrail, 8.Bolqarıstan, 9. İsveç, 10. Almaniya, 11. Fransa, 12. Polşa, 13. Avstraliya, 14. Kipr, 15. Serbiya, 16. Litva, 17. Xorvatiya, 18. Rusiya, 19. İspaniya, 20. Latviya, 21. Ukrayna, 22. Malta, 23. Gürcüstan, 24. Avstriya, 25. Böyük Britaniya, 26. Ermənistan.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və  "böyük beşlik" ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

"Eurovision-2016"nın qalibi Ukrayna təmsilçisi Camalanın ifa etdiyi "1944" mahnısı olub. "Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.