Bu gün Sumqayıtda 28 May mədəniyyət evində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, Qubadlı rayon RİH-nin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə məruzə ilə çıxış edən X.Alıyeva qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri vardır. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Lakin 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durgunluq, özbaşınalıq, hakimiyyət daxili hərc-mərclik illəri kimi həkk olundu. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana həqiqi müstəqillik gətirdi. Əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan Respublikasının taleyi də Azərbaycan Cümhuriyyətinin taleyi kimi olacaqdı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai - siyasi, elmi - mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cumhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cumhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May günü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir. 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixli sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyəsində keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidentnin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cumhuriyyəti ili elan edilmişdir. Qeyd olunan sərəncamın icrasını təmin etmək, rayonda Cumhuriyyətin 100 illik yubileyin qeyd edilməsi məqsədilə rayon İcra hakimiyyətinin tədbirlər planı hazırlanmış və silsilə tədbirlər həyata keçirilmişdir.
Qürur hissi ilə qeyd edildi ki, Müstəqil Azərbaycan Respublikasının banisi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır: Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik .
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu gün məhz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxmış, regionun lider dövlətinə çevrilmişdir.
Tədbir konsert proqramı ilə davam etdirildi.