Ukrayna prezidenti Petro Poroşenko ölkə təmsilçisi Jamalanı "Eurovision-2016"da qalib gəlməsi münasibətilə təbrik edib.
Prezident sosial şəbəkədəki şəxsi hesabında Jamalaya bu sözləri ünvanlayıb:
"Belə!!! Möhtəşəm çıxış və qələbə! Jamala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!"
Qeyd edək ki, müsabiqədə Avstraliya 3-cü, Rusiya 2-ci, Azərbaycan isə 17-ci yeri tutub. ("Qafqazinfo")