Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında növbəti robototexnika olimpiadası keçirilib.
Unikal.org xəbər verir ki, "LEGO xəttizləyən və Arduino sərbəst layihələri robototexnika olimpiadası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Olimpiadada 5-11-ci sinif şagirdlərindən ibarət 30-dan artıq komanda iştirak edib.
Arduino sərbəst layihələr formatında isə iştirakçılar universitet tərəfindən təmin olunan Arduino ilə onlara ayrılacaq olan müəyyən zaman ərzində öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim ediblər.
Yekunda yarışın qalibləri hədiyyə və sertifikatlarla təltif edilib.
Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda işlənən layihələrdən biri artıq beynəlxalq miqyasda uğur qazanıb.
Qeyd edək ki, bu layihə bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülüb.