İraqda qaz emalı zavodunda baş vermiş güclü partlayış nəticəsində ən azı 11 nəfər həlak olub.
 
Bu haqda "Reuters" agentliyi xəbər yayıb.

Xəbərə görə, partlayış nəticəsində ən azı 21 nəfər yaralanıb.
Məlumatda bildirilir ki, partlayış kamikadze tərəfindən həyata keçirilib.
"Sky News Arabia" telekanalı isə partlayışın İŞİD terror qruplaşması tərəfindən həyata keçirildiyini bildirib. Telekanalın məlumatına görə, terror aktı nəticəsində 14 nəfər həyatını itirib.  (Report)