Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yasamal rayonunda mənzildə termometr sınması və nəticədə daxilindəki civə ətrafa dağılması barədə məlumat daxil olub.
 
Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Radiasiya və Kimya laboratoriyasının kimyaçı mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 09:55-də başa çatıb.