Son filmində "Kral Lear" rolunu canlandıran məşhur aktyor Antoni Hopkins şəxsi həyatı ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, aktyor 20 ildir qızını görmədiyini deyib:

"20 ildir qızımı görmürəm. Nəvəmin olub olmaması haqqında məlumatım yoxdur. İnsanlar ayrılır, ailələri dağılır. Amma həyatımıza davam etməliyik".

Qeyd edək ki, "Oskar" mükafatçısı olan aktyorun hazırda 80 yaşı var.