Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə biraz azalıb. Manatla qiymətlər 3.59 faiz, ABŞ dolları üzrə isə 0,52 faiz azalma müşahidə olunur.
Unikal.org xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb [dollarla 1.02 faiz artım] . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb [dollarla 1,71 faiz artım].
Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə - 6.23 faiz enib.