Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan bir sıra mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Unikal.org-un məlumatına görə, sərəncama əsasən bir çox mədəniyyət xadimi adla təltif edilib.

Ad alanlardan biri də Emin Ağalarovdur. O Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Xalq artisiti" adına layiq görüldüyü üçün öz təşəkkürünü bildirib.

Unikal.org xəbər verir ki, müğənni şəxsi "instaqram" hesabında 2012-ci il "Avroviziya müsabiqəsinin açılışında "Never enough mahnısını ifa edərkən çəkilən görüntüləri paylaşıb.

O, Azərbaycan bayrağını öpərkən çəkilən görüntülərin üzərinə "Çox sağ ol, Azərbaycan sözlərini yazaraq, sevinc hisslərini paylaşıb.