Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun "Aves kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.