Bu gün İŞİD terror təşkilatı Yəməndə dəhşətli partlayış törədib.
Yəmənin cənubundakı Mukalla şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ən azı 25 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb.
İŞİD-ə yaxınlığı ilə seçilən "Amaq" xəbər agentliyi təşkilatın hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.
Qeyd edəkki, İŞİD son vaxtlarda Ərəbistan yarımadasındakı dövlətləri terror təhlükəsi altında saxlayır.(lent.az)