Azərbaycanın və Bakının bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu ASC-nin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Bununla əlaqədar mayın 28-də gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Bakının Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.