Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yay çağırışı dövründə orduda xidmət etməyə yollanacaq."Facebook səhifəsində canlı yayım edən Nikol Paşinyan bildirib ki, oğlu Aşot ərizə yazıb və xidmətini işğal olunmuş Qarabağda keçmək istəyir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və kossupsiya komitəsinin üzvü, millət vəkili Zahid Oruc Unikal.org-a açıqlamasında Paşinyanın bu çıxışının erməni xalqını aldatmaq niyyəti kimi qiymətləndirib:
"Bu adam hələ də atmosferdən çıxmayıb. Elə düşünür ki, Qarabağa oğlunu göndərməklə böyük qəhrəmanlıq edəcək, xalq içərisində nüfuzu daha da güclənəcək. Kütləyə hesablanmış addımdır. Sabah onun oğlu Azərbaycan əsgərinin gülləsinə tuş gəlsə, göstərəcək ki, baxın mən oğlumu qurban verdim. O, özünü Stalin kimi təqdim etmək istəyir ki, baxın mən Vasilini döyüşə göndərirəm. Paşinyanın əsas niyyəti vətənpərlikdən daha çox seçki öncəsi kütləni aldatmaqdır. Başqa torpaqda hərbi xidmət keçmək qəhrəmanlıq nümunəsi deyil. Ali təhsili yarımçıq olan, hərbi xidmətdə olmayan biri kabinetində oturub, facebookda canlı yayım etməklə heç nə əldə edə bilməyəcək".
Famil Fərhadoğlu