ARB TV-nin "Sayqa ilə" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Unikal.org bildirir ki, müğənni, maraqlı açıqlamaları ilə bəzilərini mat qoyub:

"Peşəkar bəstəkarlarımızdan aldığım mahnı əsər ola bilər, arxivə düşə bilər, səviyyəli mahnılardır. 20 faiz tərəfindən sevilə bilər. Amma mənə lazım deyil belə mahnıları alım".

Günün nəbzinə uyğun mahnılara üstünlük verən sənətçi ad-san dalınca düşmədiyini də dilə gətirib:

"Mənə lazım deyil xalq artisti, əməkdar artist olum. İstəmirəm o adı. Mən heç vaxt istəməmişəm ad-san alım. Hər aşığın 2-3 il dövranı var. Bu gün dövr mənimdirsə, sabah başqasınındır. Bizdən qabaq da çoxları gəlib-gedib. Bu gün yaxşı şəraitivi qurdunsa, 2-3 ilə şansıvı səmərəli istifadə elə. Çəkil otur kənarda".