Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.
Unikal.org xəbər verir ki, paytaxt sakinləri, habelə şəhərimizin qonaqları Dənizkənarı Milli Parka gələrək, atəşfəşanlığı seyr ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür.