Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yay mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Dəyişikliyə əsasən iyunun 1-dən 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu stansiyasından "Buzovna çimərliyinə;

108A nömrəli marşrut xətti avtobuslar "Görədil və "Fatmayı bağlarına;

141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil çimərliyinə qədər;

171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi "See Breeze istirahət mərkəzinə;

172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu stansiyasından "Bilgəh bağlarına;

173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı bağlarına və çimərliyinə qədər;

185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar "Qızılqum sanatoriyasına qədər;

189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş bağlarına qədər;

210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan bağlarına qədər fəaliyyət göstərəcək.