Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri vəzifəsinə namizəd məlum olub.
Unikal.org xəbər verir ki , bu vəzifəyə deputat Ülvi Quliyevin namizədliyi irəli sürülüb.
Məsələ MM-in yaz sessiyasının sabah keçiriləcək sonuncu plenar iclasının gündəlyinə daxil edilib.
Qeyd edək ki, MM-in Gənclər və idman komitəsinin sədri vəzifəsi Fuad Muradovun bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olmasından sonra boş qalmışdı.