İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, İsmayıllı sakini bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib. Onun maraqlı təqdimatları rayon sakinləri və turistlər tərəfindən bəyənilib. Bu dəfə isə uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun hazırlayıb. M. Nəbiyeva əl işi ilə Ginnesin rekordlar kitabına düşmək iddiasındadır və bununla bağlı müraciət edəcəyini deyib.