Müğənni Təranə Qumralla Nazənin arasındakı məhkəmə prosesi davam edir.
Unikal.org-un axşam.az-a istinadən verdiyi məlumata görə, Təranə bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.
T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Zərərçəkənlər müğənni Nazənin Salayeva, onun həyat yoldaşı Məhəbbət Həsənovdur.
Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.
Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal "ANSin "Bazar səhəri verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.