"Sirdaş Rövşanə verilişində "N-brothers qrupunun rəhbəriNamiq Qafarovvəmüğənni Tural Qismət arasında qalmaqal yaşanıb.
Unikal.org-un məlumatına görə, gərginliyə səbəb isə Tural Qismətin "N-brothers qrupunu 10 manatlıq qrup adlandırması olub:
"Hörmətsizlik edirlər.Bu da İllərin Namiqi... "N-brothers brend deyil. Brend Zeynəb Xanlarovadır.
"N-brothers qrupunun rəhbəri Namiq Qafarov isə Tural Qismətin sözlərinə bu cür reaksiya verib:
"Gəl çıxaq küçəyə, görək səni çox tanıyırlar yoxsa məni?O zaman sən bilərsən "Qismət nədir? "N-brothers nədir? Bir də ki, Namiqi yox, Namiq müəllim. Sən düz danışmırsan. Səməd Səmədov təsdiq edir, xalq təsdiq edir, sən deyirsən ki, brend deyil. Sən heç bilmirsən brend nəyə deyilir. Yəni neçə illər adını qoruyub saxlayan adama deyilir.