Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.
Unikal.org xəbər verir ki, Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən APA-ya bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri - Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.
Q. Əbdüləliyev bundan əvvəl Dünya Bankının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən müxtəlif layihələrdə baytarlıq mütəxəssisi və koordinatoru, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına elmi Nəzarət İnstitutunun direktoru, son olaraq isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.