Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan konfrans keçirilir.
Milli Məclisin deputatı, Azərbaycan Tibb Assosiasiyanın idarə heyətinin sədri Rəşad Mahmudov tədbirdə çıxış edərək bildirib ki, əhalinin sağlamlığının qorunmasında və səhiyyə sisteminin inkişafında ən vacib məsələlərdən biri olan İcbarit Tibbi Sığortanın tətbiqi Azərbaycan dövlətinin diqqət mərkəzindədir:
"Hazırda bu istiqamətdə mühüm işlər görülür, Prezident İlham Əliyev səhiyyə sahəsində islahatları uğurla davam etdirir. Əhalinin sağlamlığının qorunması Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir.
Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilir. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub. Konfransn Bakıda keçirilməsinin səhiyyənin inkişafına töhfə verəcəyini bildirən Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli xatırladıb ki, Azərbaycan Tibb Assosiasiyası 2000-ci ildən Avropa Tibb Assosiasiyaları Forumunun və 2002-ci ildən Dünya Tibb Assosiasiyasının həqiqi üzvüdür: "Yarandığı vaxtdan etibarən Assosiasiya ölkəmizdə təbabətin inkişaf etdirilməsində və keyfiyyətli tibbi xidmətin təşkil olunmasında yaxından iştirak edir. Qurumun əsas məqsədləri həkimlərin hüquq və maraqlarının qorunması, onların təkmilləşdirilməsi və əhalinin tibbi maarifdirilməsidir."
Konfransda Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner və Dünya Tibb Assosiasiyasının baş katibi Otmar Kloiber çıxış edərək Forumun 33-cü illik konfransının paytaxtımızda keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Səhiyyə sahəsində həyata keçirilən beynəlxalq islahatlar və Avropa ölkələrində qazanılmış təcrübənin Azərbaycanda da tətbiq edilməsinin vacibliyi qeyd edilib.
Sonra iştirakçılara dünyada anadangəlmə ürək qüsurlu uşaqların gələcək müalicəsinə həsr olunan "Ürəklər susmasın" adlı qısametrajlı sosial çarx nümayiş olunub.
İki gün davam edəcək konfransda 25 ölkədən gəlmiş həkimlərin məruzələri dinləniləcək. Konfransda forumun üzvləri olan milli tibb assosiasiyalarının liderləri öz ideya və təcrübələrini həmkarları ilə ilə bölüşəcək, səhiyyənin müxtəlif problemləri ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.