Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Ölkə başçısının sərəncamı ilə rektor vəzifəsi Ceyhun Valeh oğlu Məmmədova həvalə olunub.
Unikal.org xəbər verir ki, Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. Xəzər Universitetində təhsil alıb. İlahiyyat üzrə fəlsəfə doktorudur.
Ceyhun Məmmədovun 14-dən çox kitabı çap olunub. O, həmçinin ərəb dili üzrə tərcüməçilik fəaliyyətilə məşğuldur.
Yeni təyinatadək AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük elmi işçi işləyib.