"Maşın uğrunda gərgin mübarizə davam edir.
Unikal.org xəbər verir ki, ikinci dəfə səsverməyə çıxan Zərgərli əsl "Qara dama oyunu nümayiş etdirəcəyini deyib.
Proqram zamanı Günel Hümbətova bildirib ki, kişilər səsverməyə çıxmaqdan çəkiniblər. Aytən Səfərovanın isə səsverməyə çıxmasını Rozanın təklif etdiyini deyib.
O daha sonra bildirib ki, Rozanın hədəfindədir və ona "getsinə səs istəyib.
Roza isə Güneli "ikiüzlü adlandırıb və səs toplayacağı təqdirdə aparıcını çıxaracağını deyib: "Sən ikiüzlüsən, otağıma gəlib himayəmə sığınmışdın, - deyə Roza bildirib. Günel Rozanın iddiasının əsassız olduğunu deyərək onun yalan danışdığını söyləyib.
Mətanət Əliverdiyeva Rozanın fotolarını qutuya atanların üç kişi olduğunu deyib. Roza isə onun şəklini qutuya atan üç nəfərin adını açıqlayacağı təqdirdə Güneli hədəf olmaqdan çıxarıb həmin kişilərlə mübarizə aparacağını vurğulayıb.
Hümbətova isə öz mövqeyində qalaraq "getsin"ə səs istəməyə davam edib. Sonda isə Zərgərli 54,14% səslə şouda qalıb. O, şoudan Günel Hümbətovanı çıxarıb.(oxu.az)