Dövlət Sərhəd Xidməti (DSX) tərəfinÂdən sərÂhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərÂÂhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
DSX-nın mətbuat mərkəzindən Unikal.org-a verilən məlumata görə, hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövÂlət sərÂhəÂdiÂnin pozulmasının qarşısı alınıb.
Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastaÂvasının xidÂməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında "pusqu sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin AzərÂbaycan Respublikası ərazisindən İran İslam Respublikası istiqaÂməÂtində hərəkət etmələri aşkar oluub.
Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zastaÂvaÂsına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd "Samsung markalı, 3 ədəd "HuaÔei markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunÂub.
Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəlÂlüdlü HosÂsain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki UniÂversiÂtetinin tələbələri olmaları müəyyən edilib.
Saxlanılan şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.