Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sabiq direktoru məhkəmədə ifadə verib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Məlahət Abbasova bildirib ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsində inspektor vəzifəsində işləyib və K. Ağazadə ilə münasibəti olub: "Bir gün zərərçəkmiş Həcər Kəngərli problemi olduğunu dedi. Bildirdi ki, Kəmalə Ağazadə ilə aralarında münaqişə baş verib. Məndən onları barışdığmağımı xahiş etdi. Biz də bunun üçün əlimizdən gələni etdik. Mən dəqiq bilirəm ki, indi Həcərin Kəmaləyə qarşı ittihamı şər və böhtandır".
Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.