Xəzər dənizinin və sahilyanı ərazilərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Unikal.org-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsəlam Qənbərov mətbuat konfransında bildirib ki, nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan ərazilərdə müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.
Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi "Sahil və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil.
"Xəzər sahil zolağında aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağları sahil zolağında olan çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır və normalara uyğundur", deyə o vurğulayıb.