Ekologiya və Təbii Sərvətlər Nazirliyində iyunun 1-də, nazir Muxtar Babayevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori arasında tanışlıq görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.