Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində Qubadlı rayon İcra Hakimiyyətinin və rayon Qadınlar şurasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir təşkil olunub. Tədbirdə RİH-nin məsul şəxsləri, idarə müəssisə və təşkilat rəhbərləri, uşaqlar iştirak edirdilər. 

Unikal.org xəbər verir  ki, tədbirdə uşaqları təbrik edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qeyd etdi ki, uşaqların hüquqlarının qorunması əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet isritiqamətlərindən birini təşkil edir. Ulu Öndərin "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır fikiri bu siyasi kursun əsas özəyini təşkil edir. 

Minnətdarlıqla qeyd edilib ki, həmin siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.Bu istiqamətdə sivil qanunvericilik bazası yaradılıb. Bu gün Azərbaycanda uşaq hüquqlarının konstitusion qaydada qorunması təmin edilmişdir. Ölkəmiz bu sahədə beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqların qayğısız yaşamaları üçün göstərdiyi fəaliyyət xüsusilə qeyd edildi. Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun Prezidenti Mehriban Əliyeva "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır devizini tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək".

Uşaqlara diqqət və qayğı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun fəaliyyətində əsas yerlərdən birini tutur. Məcburi köçkünlük ömrü yaşayan qubadlılı uşaqların təhsili, yaşayışı üçün normal şəraitin yaradılması rayon rəhbərliyinin gündəlik nəzarətindədir. Rayonda məktəb tikintisi sahəsində, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində, eləcə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması yönündə genişmiqyaslı işlər bunun bariz nümunəsidir. Rayonda uşaq hüquqları sahəsində maarifləndirmə tədbirlərinin təşkili də ənənə halını almışdır.

Sonra tədbir rayon Uşaq musiqi məktəblərinin hazırladığı musiqili əyləncəli konsert proqramı ilə davam etdirilib.