Müğənni Kərim Abbasov onu sosial çəbəkədə təhqir edən iki izləyicisini polisə şikayət edib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmin oğlan izləyicilərinin fotosunu İnstaqram səhifəsində paylaşaraq bunları yazıb:
"Məni təhqir edən Vasif bu gün atasıyla dördüncü polis bölməsinə gəlmişdi. Atasının 70 yaşı var. Ata öz balasına görə nə qədər üzr istəyib... Belə övladdansa 150 qram araq daha məntiqlidir. Deməli, bu Vasif elə bir vəziyətdə oturmuşdu ki, sadəcə pişik onun yanında yalan idi. Və siz düşünün ki, bu insan ozu başqa sosial şəbəkədə oturur və oğlanlarla danışır. Bu məlumatı bildirən insan özü də məhkəmədə iştirak edəcək. Vasifi çox yaxşı tanıyır, hakimə deyəcək. Vasif, o saxta profildən yazan dostlarına başa sal ki, sən kimsən.
Vasifin dostları mənə yazır ki, kişisən gəl üzbəüz görüş. Məni "razborkaya" çağırırlar. "Razborşik" deyiləm, nə də oğru aləmindənəm ki, hər təhqir edən səviyyəsiznən gedim görüşüm və söhbət çürüdüm. Mən mügənniyəm.
Vasif, dostlarına de ki, agıllı olsunlar. Yoxsa mən başa salsam pis olacaq. Vasif deyir ki, içkili olmuşam və təhqir eləmişəm. Əgər içkilisənsə, əzizlərini və ya qohumlarını təhqir elə. Dostlar, Mahir və Vasif məhkəməyə gedəcək, qanun qarşısında cavab verəcək. Azərbaycan Respublikasının qanunları hami üçün qanundur. Təhqir edənləri mən tərəfdən yalnız belə şeylər gözləyir. Heç kim heç kimi təhqir etmək həddində deyil".