"Maşın" realiti-şounun növbəti buraxılışında müğənni Rahidə Baxışova ilə aparıcı İlhamə Bədəlova arasında qalmaqal yaşanıb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, iştirakçılar söz savaşına çıxıblar. Rahidə İlhamənin ona dediyini iştirakçılarla bölüşməsi qarşı tərəfin xoşuna gəlməyib:
"Ağlıma gəlməzdi ki, kimsə mənə desin, niyə mənim kimi dayanıb şəkil çəkdirdin. Şoka düşdüm. Xanımlardan biri deyir bunu. Bizim zarafatımız olmayıb. Ağlıma gəlməzdi bu şeylə rastlaşdım".
İlhamə isə sözü zarafatla dediyini bildirib və qarşı tərəfi tənqid edib:
"Nə mənası var? Sən nə məntiqsiz insansan? Sənin haqqında danışmamışam, hədəfim də olmamısan. Amma birincisən bundan sonra, özünü qoru. Qurdlarını tökmə. Səni tanımıram, tanımaq da istəmirəm. Adım çəkiləndə qurdlarını tökmə. Onları bir-bir ayağımla əzərəm. Özünlə məni bir pilləyə qoyma, ola bilməzsən. Həddini aşma".