"Maşın" realiti-şounun növbəti buraxılışında müğənni Roza Zərgərli ilə aparıcı Mətanət Əliverdiyeva arasında qalmaqal yaşanıb.
Unikal.org xəbər verir ki, iki xanım iştirakçı söz savaşına çıxıblar.
Belə ki, bu günki buraxılışda səs toplmağa reper Qurd çıxıb. O, isə hədəfinin aparıcı İlhamə Bədəlova olduğu deyib.
Bu zaman iştirakçılardan Mətanət həmkarına dəstək olmaq istəyəndə müğənni Roza Zərgərli araya qarışıb və İlhaməyə dəstək olmamağını istəyib. Bu da iki xanım iştirakı arasında söz davasına gətirib çıxarıb. Əsəblərinə hakim ola bilməyən aparıcı Mətanət Roza Zərgərliyə "Yuyulmamış çömçə kimi hər işə qarışırsan" deyib.
Roza Zərgərli isə aparıcıya "Mən sənin üçün Aytən Səfərova deyiləm. 45 yaşın var tərbiyən olsun.Tərbiyəsizsən" deyib. Bu isə onlar arasındakı qalmaqalı daha da alovlandırıb.