Zərdabda yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Zərdab rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini, 1992-ci il təvəllüdlü Dəyanət Kərimlinin idarə etdiyi "Mercedes" markalı minik avtomobil onun həmyerlisi, 1953-cü il təvəllüdlü Əsədov Qalib Abdulla oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik maşınının arxa hissəsinə çırpılıb.

İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarında olan su kanalına aşıb. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ölən və xəsarət alan olmayıb. Fakt araşdırılır.