5 iyun "Ümumdünya ətraf mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər Şurasının nümayəndələri, Milli Parklar və Dövlət Təbiət Qoruqlarının əməkdaşları ilə birgə Bakıda və regionlardakı təhsil müəssisələrində təbliğat və maarifləndirmə tədbirləri həyata keçirilib.

Unikal.org xəbər verir ki, Bakı şəhəri Xəzər rayonu 241 nömrəli və Xızı, Xaçmaz, Ağcabədi, Salyan, Quba, Goranboy, Lənkəran rayonlarının bir sıra məktəblərində təşkil olunan seminar və görüşlərdə müəllim və şagirdlərə ətraf mühitin mühafizəsi, milli parklarda və xüsusi mühafizə olunan ərazilərdə davranış qaydaları, ekoturizm marşrutları, turizm və rekreasiya əraziləri barədə ətraflı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.