Türkiyəli aktrisa Özge Borak sosial şəbəkədəki hesabında azərbaycanlı iş adamının ona 1 milyon dollarlıq əxlaqsız təklif etdiyini yazıb.
"Yazdı ki, azərbaycanlı iş adamıyam. Moskvada yaşayıram. Səninlə bir gecə keçirmək üçün 1 milyon dollar ödəməyə hazıram. Hesabınızı söyləyin, elə indi həmin məbləği hesabınıza köçürüm. Heç vaxt mənə gələn mesajları paylaşmıram. Gülməli olanları hərdən sizinlə bölüşürəm. Amma buna nə ad verim, bilmədim. Ən yaxşısı belə cavab verək: - biz bunun serialını çəkmişik, canım....
Qeyd edək ki, Özge Borak türkiyəli komediya ustası Ata Demirerin keçmiş həyat yoldaşıdır.