"Maşın realiti şousunda növbəti səsvermə günü keçirilib.
Unikal.org xəbər verir ki, bu dəfə 11 iştirakçıdan 10 nəfər öz istəyilə qutuya aktyor Cavidan Novruzun fotosunu atıb.
Cavidan üzünü onu sevənlərə tutaraq qalib gəldiyi təqdirdə "Yallı oynayacağını deyib:
"Demirəm ki, qalib gəlsəm Hüseyn Əzizoğlu kimi mayallaq aşıb, Mətanət kimi şpaqataçacam. Sadəcə mənim "Yallı oynamağımı görmək istəyirsinizsə, mənə səs verin.
O, daha sonra hədəfininin aparıcı Aytən Səfərova olduğunu açıqlayıb.
Aytən Səfərova isə Cavidanı Mətanət Əliverdiyeva ilə onun arasına girməkdə ittiham edib. Aparıcı bildirib ki, "aktrisa adlandırdığı Mətanətin oyununun qurbanıdır.
Oyunun gedişi zamanı Roza Zərgərli Aytəni tələsməkdə və Cavidanı hədəf dəyişməyə təhrik etməkdə günahlandırıb.
O bildirib ki, Cavidanın ilk hədəfi Rahidə Baxışova imiş. Onlar - Roza, Rahidə və Cavidan birləşərək müğənnini darıxdığı üçün yola salmaq istəyirmiş.(oxu.az)
Sonda isə Cavidan Novruzov tamaşaçıların ürəyini fəth edə bilməyib 17,98% səslə şounu tərk edib.